Ranobe

Makaoda ranobe satan kitab evi.

Ranobe (ラノベ?), raynobe (ライノベ?), asan roman (ライトノベル, raito noberu?) və ya layt-novel — əsasən gənc kütlə – orta məktəb və lisey tələbələri üçün nəzərdə tutulan yapon romanların bir növü.[1][2] Ranobe əvəzinə işlədilən sözlərdən biri olan "layt-novel" vasey-eyqo olub, ingilis dilindəki "light novel" söz birləşməsindən yaranmışdır. Ranobe daha tez-tez işlədilən sözdür.[3] Qərbdə bəzən LN qısaltmasından istifadə olunur. Ranobelər adətən 40.000–50.000 sözdən ibarət olur, daha qısa olanları ABŞ ədəbiyyat terminologiyasında novella adlandırılan hekayə növünə ekvivalent hesab olunur. Ranobelər nadir hallarda 100-dən çox səhifədən ibarət olur, çap olunması üçün cədvəl hazırlanır, adətən bunkobon (A6, 10,5 sm × 14,8 sm) formatında nəşr olunur və manqa stilində olan illüstrasiyalara malik olur.[4] Lakin illüstrasiyasız ranobelərə də rast gəlmək mümkündür.[5] Mətn çox vaxt kitab şəklinə salınmazdan qabaq antologiya jurnallarında serializasiya olunur.

  1. 榎本秋 (Aki Enomoto). ライトノベル文学論 (Japanese). Japan: NTT Shuppan. October 2008. ISBN 978-4-7571-4199-5.
  2. "The Platform to Produce Innovative Content - Kadokawa Annual Report 2012" (PDF). səh. 11. 2013-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-05-28.
  3. Light Reading, Pop Culture, Trends in Japan, Web Japan, 2014-07-14 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2016-05-28.
  4. Yegulalp, Serdar. "Vertical Vednesday In NYC: Lighten Up!". Advanced Media Network. July 30, 2009. 6 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2016.
  5. "What's A Light Novel?". ANN (ingiliscə). 19 oktyabr 2016. 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 oktyabr 2016.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search